Dünyanın ən qədim cins şalvarı olduğu düşünülən şalvar ABŞ-da keçirilən hərracda 114 min dollara alıcı tapıb.
QHT.az xəbər verir ki, ağ iş şalvarı 1857-ci ildə Şimali Karolina sahillərində batmış gəmidə tapılıb.
Önü düyməli cins şalvarın naməlum mədən işçisinə aid olduğu düşünülür.
Hərrac dekabrın 3-də Nevada ştatının Reno şəhərində keçirilib.
Əşyaları satışa çıxaran Kaliforniya Qızıl Marketinq Qrupunun icraçı direktoru Dvayt Manli, "Bu mədən işçilərinin şalvarları Aydakı ilk bayrağa bənzəyir, tarixi bir anı təmsil edir" dedi.
Qeyd edək ki, 1800-cü illərin ikinci yarısında ABŞ-da qızıl axtarışı dövrü başlamışdı. Bu səbəbdən mədənlərdə qızğın işlər gedirdi.












