20 aprel tarixində Bakıda keçirilən “Global HR Summit 2023” tədbiri çərçivəsində “Könüllü DOST” proqramı "Ən yaxşı Korporativ Sosial Məsuliyyət (KSM) Strategiyası" (Best CSR strategy) kateqoriyası üzrə qalib elan olunub. 

Xatırladaq ki, Azərbaycanın uğurlu sosial islahat nümunəsi olan DOST təcrübəsi təkcə ötən il 8 beynəlxalq mükafatla təltif edilib. Beynəlxalq müsabiqələrdə 2 layihə üzrə finalçı seçilən Agentlik 4 beynəlxalq ISO sertifikatı da əldə edib.