Ukraynada bir əsgərin ürəyinə yaxın bölgədə VOG əl qumbarası aşkar edildikdən sonra əməliyyat nəticəsində partlayıcı müvəffəqiyyətlə çıxarılıb.
QHT.az xəbər verir ki, bütün səylərə baxmayaraq, diplomatiya variantının rəf edildiyi bölgədə qan axmağa davam edir, ölkədən gələn xəbərlər isə qısa zamanda sosial medianın gündəminin əsas mövzusuna çevrilib.
Bomba hər an partlaya bildiyi üçün təcili əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin ən təcrübəli cərrahlarından biri olan Andriy Verba həyata keçirib.
O, tibb işçilərinin partlama riskinə qarşı elektrokoaqulyasiya əməliyyatı edə bilməyib.
Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar cərrahi müdaxilənin uğurlu keçdiyini və əsgərin müalicə olunduğunu bildirib.












