Kosmik nəqliyyat şirkəti SpaceX Londonda yerləşən rabitə firması OneWeb-in daha 40 internet peykini Falcon-9 raketi ilə orbitə göndərdi.
QHT.az xəbər verir ki,  Amerikalı iş adamı İlon Maska məxsus kosmik nəqliyyat şirkəti SpaceX, Londonda yerləşən rabitə firması OneWeb-ə məxsus daha 40 internet peykini orbitə göndərib.

Peykləri daşıyan Falcon-9 raketi Floridadakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından uğurla buraxılıb.

Orbitə göndərilən yeni peyklər sayəsində OneWeb-in internet xidməti göstərmək qabiliyyətinin artacağı öyrənilib.

Bundan əlavə, son missiya SpaceX-in Ukrayna müharibəsindən əvvəl Rusiyadan Kosmik daşıma xidməti alan OneWeb üçün ikinci buraxılışı kimi qeydə alınıb.

SpaceX ötən il dekabrın 9-da OneWeb-ə aid daha 40 internet peykini orbitə göndərdi.