“2022-ci ilə qədər müəyyən səbəblərə görə öz yaşadığı evə və ya başqa bir şəxsin evinə qeydiyyata düşməyən şəxslər polis idarələrinə məxsus inzibati binalarda müvəqqəti qeydiyyata alınırdılar. 1996-cı ildə qəbul edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna əsasən, sistem bu qanun əsasında işləyirdi. Bu sahədə müəyyən süu istifadələrə yol verilirmiş, əhali buna bir qədər səhlənkar yanaşırdı”.
QHT.az xəbər verir ki, qeydiyyata düşə bilməyən şəxslərdən danışan “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, hüquqi prosedurların həyata keçirilməsi çətin idi: “Bu arqument müəyyən mənada əsası olan bir arqumentdir. Sui istifadə halları olduğuna görə, birdəfəlik inzibati binalarda qeydiyyatın götürülməsi, müvəqqəti olaraq bu sistemin dayandırılması qanunvericiliyin tələbidir. Bu sistem hələ də işləmir. Ümid edirik ki, bu müvəqqəti məsələdir”.
Bakıda real əhali sayına da toxunan Azər Allahverənov Bakı şəhərində qeydiyyatda olan 2mln 300 min-ə yaxın şəxs var: “Regionlardan gəlib Bakıda yaşayanlar da var, onlar bölgədən qeydiyyatdan çıxmırlar, müvəqqəti əmək fəaliyyəti ilə məşğuldurlar. Əgər müvəqqəti olaraq inzibatı sistemdə qeydiyyat dayandırılıbsa, başqa bir alternativ olmalıdır. Məhkəmələrdə bu məsələ ilə bağlı çəkişmələr var. Qeydiyyata alınmaq üçün əsas olduğu təqdirdə məhkəməyə müraciət edib, bu imkandan yararlana bilərlər”.
Pərvanə Fərhadqızı












