"Ümumiyyətlə, hazırda baş verən hadisələr dünya iqtisadiyyatına qeyri-müəyyənlik yaradacaq. İranda Venesuela prezidenti Nikolas Maduronın həbs olunması və hələ də davam edən müharibə fonunda neft qiymətlərində volatillik müşahidə oluna bilər. Bu hadisələr nəticəsində insanlar sözsüz ki, investisiya üçün daha çox sabit və likvid alətlərə yönəlirlər".
Bu fikirləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a açıqlamasında bildirib. QHT sədri hesab edir ki, baş verən son hadisələr və dolların ucuzlaşması fonunda qızıl və gümüşün qiymətində artım hələ də müşahidə oluna bilər, gələcəkdə isə Maduranın həbsindən sonra İranda neft qiymətlərinin ucuzlaşması da mümkün ola bilər:
"Çünki hər iki ölkə böyük neft istehsalçılarıdır və neft ehtiyatları yüksəkdir. Sözsüz ki, bu vəziyyətdə qızıl və gümüşün qiymətinin artımı bir müddət davam edəcək".
Pərvanə Fərhadqızı












