Əlcəzairin şimal-şərq çölündə ov edən 4 nəfərin minanın partlaması nəticəsində həyatını itirdiyi bildirilib.

QHT.az xəbər verir ki, “En-Nehar” qəzetinin xəbərinə görə, 4 ovçu keçən həftə Tunis sərhədindəki Hanşala vilayətinin Babar qəsəbəsinin səhrasına ova çıxıb, lakin onlardan bir daha xəbər alınmayıb.

Yaxınları vəziyyəti xəbər verdikdən sonra mülki müdafiə qrupları cümə günündən etibarən ərazidə axtarışlara başlayıb.

Günlərlə davam edən işlərdən sonra 4 nəfərin meyiti tapılıb. Ovçuların səhrada şərti minanın partlaması nəticəsində həlak olduğu müəyyən edilib.