“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi Mingəçevir şəhərində məişət zorakılığına qarşı mübarizə ilə bağlı təlimlər təşkil edib. Bu təlimlərdən biri 17 yanvarda şəhərin ictimai fəal qadınlarının və kişilərinin iştirakı ilə keçirilib.
QHT.az xəbər verir ki, təlimdə iştirakçılar məişət zorakılığının əsas xüsusiyyətləri, zorakılıqdan müdafiə üsulları, məişət zorakılığı qurbanlarının hüquqları, zorakılıq hallarında davranış modelləri haqqında məsələlərlə bağlı məlumatlandırılıblar. Digər təlim isə 18 yanvarda gender zorakılığı üzrə Monitorinq Qrupunun və Mingəçevir bələdiyyəsinin məişət zorakılığı üzrə komissyasının üzvlərinin iştirakı ilə baş tutub. Bu təlimin mövzusunu əsasən məişət zorakılığı hallarında ilkin müdaxilənin üsulları, monitorinq qruplarının hüquqları və funksiyaları, o cümlədən məişət zorakılığına dair şikayətlərin araşdırılmasında, məişət zorakılığı qurbanlarına yardım göstərilməsində, profilaktik tədbirlərin həyata keçirilməsində monitorinq qruplarının və gender komissiyalarının vəzifələri kimi məsələlər təşkil edib.
Hər iki təlim Avropa Ittifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçrilən “Azərbaycanda həssas qurupların hüquqlarının müdafiəsi” Proqramı çərçivəsində “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda qadınlara qarşı məişət zorakılığı ilə mübarizə” layihəsi çərçivəsində reallaşdırılıb.












