Aprel ayında İlon Mask süni intellekt sahəsində işləmək üçün yeni X.AI Corp şirkəti yaratdı. Və bu gün ilk inkişaf təqdim edildi. Bu, "ChatGPT kimi, yalnız daha yaxşı" olması lazım olan Grok adlı danışıq chatbotudur.

QHT.az xəbər verir ki, istifadəçilər   chatbot-u sınaqdan keçirmək üçün erkən giriş tələb edə bilərlər. İlkin şərt ayda 16 dollara başa gələn X Premium+-a ödənişli abunəlikdir. Beta testindən sonra o, bütün ödənişli plan abunəçiləri üçün əlçatan olacaq.

Layihənin rəsmi saytında qeyd edildiyi kimi, Qrok “Guide to the Galaxy” əsasında yaradılmış süni intellekt sistemidir. O, X platforması vasitəsilə real vaxt rejimində məlumat əldə etmək imkanına malikdir ki, bu da digər oxşar chatbotlar üzərində mühüm üstünlükdür.

 

Pərvanə Fərhadqızı