Əslən Masallıdan olan taekvondoçu Belorusiya açıq çempionatının mükafatını qazanıb

 

Taekvondo üzrə Belorusiya Respublikasının açıq çempionatında (10-12 mart) 
Rusiya yığma komandasının üzvü Maqsud Dadaşov (54 kq) çempionatın bürünc medalına sahib olub. 
Məlumat üçün bildirək ki, 22 yaşlı Maqsud Cavanşir oğlu Dadaşov əslən Masallı rayonunun Kolatan kəndindəndir. Hazırda Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. O, dəfələrlə taekvondo üzrə Rusiya birinçiliklərinin mükafatçısı olub, 2018-2019-cu illər ərzində 21 yaşadək taekvondoşular arasında klublararası Avropa çempionatının gümüş medalını qazanıb.  

 

Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü