Fransada aparılan araşdırmada, demək olar ki, hər üç qadından birinin təcavüzə məruz qaldığı ortaya çıxıb.
QHT.az xəbər verir ki, Baş nazirliyin nəzdində fəaliyyət göstərən Qadın və Kişi Bərabərliyi Yüksək Şurası (HCEFH) cinsiyyətçilik halları ilə bağlı hesabat dərc edib.
5-26 oktyabr 2022-ci il tarixlərində 15 yaşdan yuxarı 2500 insanla aparılan araşdırmanın nəticələri prezident Emmanuel Makrona təqdim olunacaq.
HCEFH üçün Viavoice İnstitutunun apardığı araşdırmaya görə, ölkədə cinsiyyətçilik azalmasa da, qadınların 37 faizi öz razılığı olmadan cinsi əlaqəyə məcbur edilib.
Qadınların 80 faizi kişilərdən daha pis rəftar edildiyini bildirsə də, demək olar ki, üçdə biri təcavüzə məruz qaldığını bildirib.
Gənclər arasında seksizm və zorlama halları geniş yayılsa da, kişilərin 26 faizi cinsi zorakılığa qarşı reaksiya və tədbirləri şişirdilmiş hesab edir.
Fransa hakimiyyəti mübarizədə səriştəsizdir
Ölkədə 25-34 yaşlı kişilərin dörddə biri zorakılığın hörmətə layiq görülməsi üçün zəruri olduğunu, kişilərin isə 40 faizi yaşından asılı olmayaraq qadınların uşaqlarına baxmalı olduğunu düşünür.
Kişilərin yalnız 9 faizi kişilərin ev işləri ilə məşğul olmasını normal hesab edir. Bu nisbət hesabatda 25-34 yaş arası kişilər üçün yüzdə 15 olaraq əksini tapıb.
Ölkə əhalisinin 82 faizi gender məsələsinin hökumətin prioritet gündəm maddələri arasında olmasını istəyir.
HCEFH hesabatın narahatlıq doğurduğunu və Fransa hakimiyyətinin bu məsələ ilə bağlı səylərinin yetərli olmadığını vurğulayıb.












