Qüds, Fələstin və İordaniyanın Yunan Pravoslav Patriarxı III Kirios Teofilos İsveçdə ifrat sağçı siyasətçinin Qurani-Kərimi yandırmasını pisləyib.
QHT.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın xəbərinə görə, III Teofilos mövzu ilə bağlı yazılı açıqlama verib.
"Bu cinayətlər nifrəti gücləndirir. Bizi Allahın hamımıza əmr etdiyi ictimai sülhdən və insani əxlaqdan uzaqlaşdırır" - deyən III Teofilos, ifadə azadlığı bəhanəsi ilə başqalarının inanclarına hücum etmək hüququ verən qanunların qanunverici orqanlar tərəfindən düzəldilməli, başqalarının inanclarına hücum edənlər isə cavab verməlidirlər. - deyə bildirib.












