Gəncə şəhərində 1 saylı Abbas Səhhət adına Xəstəxanada yanğın baş verib.
QHT.az Axar.az-a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri cəlb olunub.
Yanğının terapiya şöbəsində baş verdiyi bildirilib.
Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub.
Hadisə zamanı xəstəxananın reanimasiya şöbəsində yatan və ürək çatışmazlığından əziyyət çəkən xəstə tüstüdən boğulub.
Onun şəxsiyyəti dəqiqləşdirilir.












