“Gənclərin inkişafında Heydər Əliyevin rolu” – Masallıda tədbir
2023-cü ilin “Heydər Əliyev” İli elan edilməsilə əlaqədar Masallıda “Gənclərin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Masallı Dövlət Regional Kollecinin və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbir öncəsi Ümummili lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva çıxışında Ümummilli liderin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” ifadəsini əsas tutaraq Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. O, qeyd edib ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı həlli istiqamətində görülən işlərin təməli məhz Heydər Əliyevin zamanından onun dahi şəxsiyyət olaraq uzaqgörənliyinin nəticəsində böyük inkişafa istiqamətlənmişdir.
Tədbir iştirakçıları Heydər Əliyevin ömür yoluna həsr olunmuş “Salnamə” sənədli filminə baxdıqdan sonra muzeydəki eksponatlarla tanış olublar.
Akif AĞAYEV












