Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Heydər Əliyev-100: Müasir Azərbaycan–sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Milli Məclisin müvafiq komitələrinin, mərkəzi icra hakimiyyəti orqanları və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni QHT.az-a tədbirlə bağlı məlumat verib. O, qeyd edib ki, tədbirdə Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Urud Ulu öndər Heydər Əliyevin apardığı sosial dövlət siyasəti ilə bağlı danışıb: “Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı Heydər Əliyevin bu sahədə göstərdiyi fəaliyyətlər, tarixi xidmətlər haqqında slayd təqdimatı ilə çıxış edib. Tədbirdə həmçinin mövzu ilə əlaqədar Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Zahid Oruc, Hicran Hüseynova ölkə prezidenti İlham Əliyevin Ulu öndərin başladığı hümanizm siyasətinin uğurla davam etdirilməsini çıxışlarında qeyd olunub. Həmçinin vurğulanıb ki, sosial yönümlü dövlət kimi Azərbaycan əldə etdiyi nəaliyyətlər, uğurlar, zəfərlər, qələbələr aparılan siyasətin nəticəsidir. Bu bizim haqqımızdır. Dinamik inkişafla Azərbaycan daha böyük uğurlara imza atacaq”.
Qeyd edək ki, iştirakçılar tədbirin keçirilməsini təqdirəlayiq bilib, müsbət hal kimi qiymətləndirdilər.
Pərvanə Fərhadqızı












