Türkiyənin Yeni Dehlidəki səfiri Fırat Sunel, "Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkənlərə Hindistan xalqının yardımını çatdırmaq üçün yeni bir yük təyyarəsinin Türkiyəyə getdiyini söylədi."
QHT.az xəbər verir ki, Sunel AA müxbirinə verdiyi açıqlamada, "Hindistan xalqından təcili yardımlardan ibarət yeni bir yük Türkiyəyə yola düşür" - deyə qeyd edib.
Yardımların Türk Hava Yolları (THY) tərəfindən zəlzələ bölgələrinə hər gün göndərildiyini bildirən Sunel, köməkliklərinə görə Hindistan xalqına təşəkkür edib.
Sunel, "Yüz minlərlə zəlzələdən sağ çıxan üçün hər çadır, ədyal və ya yataq çantası böyük əhəmiyyət kəsb edir" - dedi.
Hindistan vətəndaşları zəlzələ qurbanlarına göndərilmək üçün ədyal, geyim və dərman kimi ehtiyaclardan ibarət yardımları təmin etməyə davam edir. Yardım gətirən hindistanlı Pragya Srivastava Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərin köməyə ehtiyacı olduğunu bildirib. “Fəlakətlər sərhəd tanımır və insanların ürəyində sərhədlər olmamalıdır” - o həmçinin qeyd edib.
Zəlzələnin ilk günündən Hindistan höküməti zərər çəkmiş bölgələrə təcili ləvazimatlarla birlikdə 7 təyyarə göndərib.
İlk yardım yükü Nepaldan yola düşüb
Digər tərəfdən, Nepal Xarici İşlər Nazirliyinin sosial media hesabından edilən açıqlamada,
Zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Türk Hava Yolları tərəfindən dərman, tibbi ləvazimatlar, qış geyimləri və ilkin tələbat mallarından ibarət 22 ton yükün Türkiyəyə göndərildiyi qeyd edilib.
Yeni Dehli səfiri Sunel sosial media hesabında Nepal xalqına təşəkkür edərək, "Nepal xalqının yardımını daşıyan yük bu gün Katmandudan havaya qalxdı" - deyə paylaşım edib.












