Avstriyada Adolf Hitlerin doğulduğu evin təmiri proqramı ətrafında müzakirələr gedir. Hakimiyyət orada polis əməkdaşları üçün təlim mərkəzi tikmək niyyətindədir. Çoxları bunun əleyhinədir, çünki Hitler özü də məhz bunu xəyal edirdi.
QHT.az xəbər verir ki, Hitlerin doğulduğu və erkən uşaqlıqda yaşadığı Avstriyanın Braunau şəhərindəki ev hakimiyyət üçün başağrısı olaraq qalır. Binanın yenidən qurulmasının başlanmasına ay yarımdan az vaxt qalmış bələdiyyə cəmiyyətin bir hissəsinin etirazı ilə üzləşib. İnsanlar təşvişə düşürlər ki, de-fakto diktorun vəsiyyəti həyata keçirilir.
Səlahiyyətlilər, öz növbəsində, malikanənin təmirinin simvolik bir jest olacağını söyləyirlər. Yenidənqurma işləri oktyabrda başlamalı və 2025-ci ildə başa çatmalıdır. Təmir 20 milyon avroya başa gələcək.
Pərvanə Fərhadqızı












