Yunanıstan günlərlə alovla mübarizə aparır. Başda Aleksandrupoli və Meriç bölgələrində olmaqla müxtəlif bölgələrdə davam edən meşə yanğınları güclü külək səbəbindən söndürülə bilməyib.
QHT.az xəbər verir ki, Yunanıstanın meşə yanğınları ilə mübarizəsi günlərdir davam edir. Avqustun 19-da baş vermiş yanğını hələ də söndürmək mümkün olmayıb. Alov Türkiyə sərhədindən 50 km aralıda yerləşən Aleksandrupolidən qalxıb. Yaşayış məntəqələrinə çatdı. Onlarla ev təxliyə edilib. Bölgədə 600 min hektardan çox meşə sahəsi yanıb. Alovun çatdığı kənddə bəzi evlər yanıb.
Kəndlərdə tövlə və zeytun bağları yanıb. Yunanıstanda indiyədək təsirli olan yanğınlarda 20-dən çox adam ölüb.
Pərvanə Fərhadqızı












