“Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda biznes subyektlərinin korrupsiyaya qarşı mübarizə tədbirlərində rolu, bu sahədə sahibkarların məlumatlandırılması, maraqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
“Dövlət qurumları, məhkəmə sistemindən tutmuş, ədliyyə sisteminə kimi, QHT, Beynəlxalq Təşkilatların nümayəndələri iştirak edib. Tədbir çox vacib, məhsuldar, effektiv, əhəmiyyətli oldu. Proqram üzrə çıxışlar oldu, müzakirələr dinlənildi. BMT İnkişaf Proqramı çərçivəsində əlverişli biznes mühütünün yaradılması, şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, BMT-nin dayanıqlı inkişaf məqsədləri prinsipləri və digər əhəmiyyətli məsələlər müzakirə olundu”- bu sözləri Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni QHT.az - a açıqlamasında bildirib.
O, qeyd edib ki, Konfransda mövcud problemlər qeyd olundu, onların həlli ilə bağlı müəyyən təkliflər verildi: “Biz də öz tərəfimizdən təklif etdik ki, neçə illərdir ki, Ombudsman yanında Biznes və İnsan hüquqları Komissiyasında fəaliyyət göstəririk. Mən şəxsən təklif elədim ki, komissiya ya genişləndirilsin, aidiyyəti qurumlar da ora aid edilsin, kordinasiyalı fəaliyyət problemlərin operativ həlli ilə bağlı böyük effekt verə bilər. Məktub, şikayət, təklif yazılır, onlar mediada, sosial mediada ictimailəşdirilən kimi o problemlə ciddi məşğul olurlar, operativ həllini tapır. Cənab prezident dəfələrlə xəbərdarlıq edib ki, biz şəffaflığı artırmalıyıq, ictimai nəzarəti gücləndirməliyik, məmur özbaşınalığına son qoymalıyıq, korrupsiyaya qarşı mübarizə aparmalıyıq. İctimai nəzarət sadəcə ictimai təşəbbüs kimi qalmasın, ölkə üzrə ictimai nəzarət təmin olunsun. Biz QHT olaraq öz töhfələrimizi verməyə hazırıq. Bu problemlərə göz yummağa bizim haqqımız yoxdu. Mövcud problemlərin qarşısını almaq üçün biz çox iş görməliyik!”
Pərvanə Fərhadqızı












