Krakov-2023 III Avropa Oyunları start götürdü. Multi-idman tədbiri 12 gün davam edəcək. Avropanın 48 ölkəsindən olan 7 minə yaxın atlet 29 idman növündə bacarığını nümayiş etdirəcək.
QHT.az saytı xəbər verir ki, Azərbaycan yığması Polşaya da geniş heyətlə yollanıb. Krakov-2023-də ölkəmizin şərəfini 13 növdə 86 idmançı qoruyacaq.
Azərbaycanın əsas medal ümidləri döyüş növləri ilə bağlıdır. Burada fərdi yarışlarda Avropa Oyunlarının 37 medal dəsti sahibini tapacaq.
Məlumat üçün bildirək ki, 2015-ci il 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakıda ilk Avropa oyunları keçirilib.
Pərvanə Fərhadqızı












