2026-cı il sentyabrın 25-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində QHT-lər üçün birgə qrant müsabiqəsinə dair infosessiya keçirilib.
İnfosessiyada Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova, QHT Agentliyinin Ekspertiza və tərəfdaşlarla iş şöbəsinin müdiri Fuad Rzazadə və digər məsul şəxslər iştirak edib.
Toplantıda birgə qrant müsabiqəsinə dair suallar cavablandırılıb, izahlar verilib.
İnfosessiyada 50-yə yaxın QHT iştirak edib.
Xatırladaq ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il sentyabr ayının 10-da başlanıb. Müraciət üçün son tarix 2026-cı il 1 oktyabrdır. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.












