2024-cü ilin qrant müsabiqələrinin aparılması qaydaları ilə bağlı infosessiyada iştirak etmək üçün 181 QHT-dən müraciət daxil olub.
Bu bardə QHT Agentliyindən QHT.az- daxil olan məlumatda deyilir.
Müraciətlərin çoxluğunu nəzərə alaraq, QHT təmsilçilərinin suallarının cavablandırılmasına əlverişli şəraitin yaradılması üçün II infosessiya da təşkil edilir.
Daxil olan müraciətlərin ardıcıllığı meyarı əsasında ümumi say 2 yerə bölünüb.
İlk 90 QHT ilə I İnfosessiyada - 19 oktyabr saat 15:00-da Bakı Biznes Mərkəzində görüş keçiləcək. Görüşün saat 17:00-dək davam etməsi planlaşdırılır.
Digər 91 QHT ilə II İnfosessiya 23 oktyabr saat 15:00-da Bakı Biznes Mərkəzində olacaq. Görüşün saat 17:00-dək davam etməsi planlaşdırılır.
Hər iki görüşdə PA-nın QHT-lərlə iş üzrə məsul nümayəndəsi, Agentlik rəhbərliyi iştirak edəcək.
Bu gün saat 15:00-dək müraciət edən bütün QHT-lərin e-mail ünvanlarına I, yoxsa II infosessiyada olduqları barədə məlumat göndəriləcək, bundan başqa, Agentlik nümayəndələri telefonla əlaqə saxlayacaq, hər bir müraciət edən şəxsdən iştirakı təsdiq etmək xahiş olunacaq.












