Yeni araşdırmalar beynin öncədən düşünüldüyündən 10 dəfə daha çox məlumat saxlaya biləcəyini göstərir.

QHT.az xəbər verir ki, siçovul beyninin bir hissəsində neyronlar arasındakı əlaqələrin gücünü qiymətləndirmək üçün yüksək dəqiqlikli bir üsul hazırlanmışdır. Bu, sinapslar vasitəsi ilə məlumat saxlamaq və mübadilə etmək üçün əsas yoldur. Bu yeni metod, yaşlanma və beyindəki əlaqələri pozan xəstəlikləri yaxşılaşdırmaq üçün də tətbiq edilə bilər. İnsan beynində 100 trilyondan çox sinaps var və onlar məlumatın ötürülməsini asanlaşdırır.

Sinapslar aktivlikdən asılı olaraq güclənir və zəifləyə bilər, buna sinaptik plastislik deyilir.

 

Pərvanə Fərhadqızı