Kembric Universitetinin alimləri sağ qolun kənarına yapışan "üçüncü baş barmaq" adlı idarə olunan protez hazırlayıblar.
QHT.az xəbər verir ki, bu barmaq, əşyaları götürmək, içki şüşələrini açmaq, oyun kartları ilə işləmək və bananın qabığını soymaq kimi işləri bir əllə etməyə imkan verir. Tədqiqatın rəhbəri Professor Tamar Makinin sözlərinə görə, könüllülər əlavə barmağa tez öyrəşiblər və bu, insanın hərəkət imkanlarını genişləndirir.
Araşdırma göstərir ki, əlavə baş barmaq amputasiya olunmuşlar üçün xüsusilə faydalı ola bilər. 596 nəfərin iştirak etdiyi təcrübələrdə iştirakçıların 99.3%-i barmağı uğurla istifadə edib. Protezin nə vaxt geniş ictimaiyyətə təqdim ediləcəyi və qiyməti hələlik məlum deyil.
Pərvanə Fərhadqızı












