BMT Azərbaycanın Gənclərdən ibarət Məşvərət Şurası tərəfindən tərtib edilən təqdimat və interaktiv sual-cavab sessiyası ilə “İqlim dəyişikliyindəki gənclərin rolu” mövzusunda məlumatlandırıcı tədbir keçiriləcək.

QHT.az xəbər verir ki, tədbirin məqsədi gənclərin iqlim dəyişikliyi sahəsindəki rolunu və təsirini vurğulamaq, həmçinin onların bu istiqamətdə göstərdikləri fəallığı daha geniş auditoriyaya çatdırmaqdır. Tədbirdə iştirakçılar, gənclərin iqlim problemlərinə necə yanaşdıqlarını və bu məsələdə necə fəal olmağa dəvət olunduqlarını öyrənə biləcəklər.

Tədbir haqqında ətraflı məlumat:

Yer: Yaşıl Zona Gənclər Evi

Tarix: 21 noyabr 2024

Vaxt: 12:00

Tədbir açıqdır və hər kəsin iştirakı üçün nəzərdə tutulub.