İsrail ordusu Qəzza zolağında parlament binasını zəbt edərək, onu tam mühasirəyə alıb, havadan və qurudan hücumlarını davam etdirir.

QHT.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN Qəzzadakı Fələstin Parlamenti binasında İsrail əsgərlərinin əks olunduğu foto paylaşıb. Fotoda İsrail ordusunun Qolani briqadasının əsgərləri parlamentin salonunda İsrail bayraqları ilə poza verərkən görüntülənib. Fələstində sonuncu ümumi seçki 2006-cı ildə keçirilib və HƏMAS qalib gəlib. 2005-ci ildə HƏMAS-ın iştirak etmədiyi prezident seçkilərində Mahmud Abbas qalib gəlib.

Qeyd edək ki, HƏMAS 2006-cı il seçkilərində 132 yerlik Fələstin parlamentində 76 yer qazanmışdı.

 

 

Pərvanə Fərhadqızı