Federasiya Şurası prezident seçkilərinin tarixini bir aydan sonra - ehtimal ki, 2024-cü il martın 17-nə təyin edə bilər.
QHT.az xəbər verir ki, Konstitusiyaya görə, prezident seçkilərini Federasiya Şurası təyin edir. Parlamentin yuxarı palatası səsvermə gününə 100 gündən gec olmayaraq və ən geci 90 gün qalmış müvafiq qərar qəbul etməlidir. Rusiyada prezident seçkiləri gələn il keçiriləcək. Hələ seçki kampaniyası başlamayıb və Vladimir Putin bu vəzifəyə yenidən namizədliyini irəli sürmək niyyətini hələ ki, açıqlamayıb.
Prezidentin mətbuat katibi Dmitri Peskovun vurğuladığı kimi, çətin ki, kimsə seçki baxımından hazırkı dövlət başçısı ilə rəqabət apara bilsin.
Pərvanə Fərhadqızı












