İsrail, Yunanıstan və ABŞ piyada qüvvələrinin birgə hərbi təlimi başa çatıb.
QHT.az xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, İsrail, Yunanıstan və ABŞ quru qüvvələrinin bir çox ssenariləri simulyasiya edən və yunan torpaqlarında həyata keçirdiyi birgə hərbi manevrin tamamlandığı bildirilib.


Bəyanatda bildirilib ki, təlimlər insanların sıx olduğu məhəllələrdə qarşıdurmalar, müharibə zamanı maddi-texniki təminat, gecə döyüşləri, mühəndislik imkanları, artilleriya və sərhəd mühafizəsi kimi müxtəlif sahələri əhatə edib, hərbi innovasiyalara və beynəlxalq peşəkar dialoqun idarə olunmasına diqqət yetirilib.

Bildirilib ki, təlim regional təhlükələrlə mübarizə və onlarla mübarizə imkanlarını inkişaf etdirmək və gücləndirmək məqsədilə ordular arasında əlaqələrdə fundamental və mühüm mexanizmdir.

İsrailin Afinadakı hərbi attaşesi Tal Vallenberq də bu təlimin Yunanıstan Quru Qoşunları ilə davam edən mühüm əlaqələrin və əməkdaşlığın əksi olduğunu qeyd edib.