Mərkəzi İtaliyada arxeoloqlar təxminən 1500 ildir tərk edilmiş və nəticədə unudulmuş qədim Interamna Lirenas şəhərinin qalıqlarını qazıb və araşdırıblar.
QHT.az xəbər verir ki, bu araşdırmanın təfərrüatlı hesabatını Böyük Britaniyanın Kembric Universitetinin “klassiklər şöbəsi”ndə çalışan qədim tarix elmləri doktoru Alessandro Launaro dərc edib. Onun sözlərinə görə, Roma ilə Neapol arasında təxminən yarı yolda yerləşən Interamna Lirenas zirvədə 2000 nəfərin yaşadığı çiçəklənən Roma şəhəri olub.
Bu arxeoloji sahənin ilk tədqiqatları 1980-ci illərdə başlamış, lakin genişmiqyaslı qazıntılar yalnız 2010-cu ildə başlamışdır. 13 illik arxeoloji tədqiqatlardan sonra ilk nəticələr dərc olunub.
Qeyd olunur ki, əvvəlcə bu obyekt səhvən sadəcə kiçik yaşayış məntəqəsi hesab edilib. Əslində, bu, öz vaxtı üçün yaşayış məntəqələri, məbədi, hamamları və damı altında teatrı olan möhtəşəm bir şəhər idi. Ehtimal olunur ki, İnteramna Lirenas eramızdan əvvəl 312-ci ildə - Roma Respublikası dövründə, Roma hələ qlobal miqyasda güclü imperiyasını yaratmamışdı. Sonrakı dövrlərdə Roma sərkərdəsi Yuli Sezar şəhəri öz himayəsinə götürdü.
Interamna Lirenas 6-cı əsrdə - qüdrətli Roma İmperiyasının süqutundan təxminən 100 il sonra tərk edildi. Bu hadisənin dəqiq səbəbi sirr olaraq qalır, lakin elm adamlarının bir nəzəriyyəsi var.
Doktor Launaro və onun həmkarları məşhur Pompey və Herkulaneum şəhərlərində olduğu kimi şəhərin vəhşicəsinə dağıdıldığına dair nə bir kül qatı, nə də başqa bir dəlil tapmadılar. Beləliklə, sakinlər bölgənin təhlükəsizliyi ilə bağlı "artan qeyri-müəyyənlik" fonunda nə vaxtsa şəhəri tərk ediblər. Alimlər xatırlayırlar ki, təxminən eyni vaxtda Lombardlar kimi tanınan alman xalqının İtaliyaya hücumu olub. İnteramna Lirenasın sakinləri açıq şəkildə başa düşdülər ki, onların şəhəri almanların irəliləyişinin birbaşa yolu üzərində yerləşir. Ona görə də çox güman ki, şəhər əhalisi barbarların bura gəlməsini gözləmədən evlərini tərk ediblər.
Pərvanə Fərhadqızı












