Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsi başlayandan bəri Qəzza zolağında 63 media işçisinin öldüyünü təsdiqləyib.

QHT.az xəbər verir ki, bu qeyri-hökumət təşkilatının hesabatında qeyd edildiyi kimi, qurbanların yenilənmiş siyahısına İsrailin hava hücumu nəticəsində həlak olan Əl-Qüds televiziyasının müxbiri Həsən Fərəcallah və Əl-Məcədət televiziyasının jurnalisti Şima əl-Qəzzar da var.

Qeyd edək ki, 56 fələstinli, 4 israilli və 3 livanlı oktyabrın 7-dən bu yana davam edən münaqişənin növbəti gərginləşməsinin qurbanı olub, 11 jurnalist yaralanıb, daha 3 nəfər itkin düşüb.

 

Pərvanə Fərhadqızı