Kanadada bu il baş verən meşə yanğınlarında 8,8 milyon hektarlıq sahə külə dönüb. Ölkə üzrə 648 məntəqədə alovla mübarizə davam edir.
QHT.az xəbər verir ki, qərbdə Britaniya Kolumbiyasından şərqdə Yeni Şotlandiyaya qədər ölkə üzrə 648 nöqtədə alovla mübarizə davam edir.
Yanğınların 339-u nəzarətdən çıxsa da, 188-i nəzarət altına alınıb. Məlumata görə, bu il ölkədə baş verən meşə yanğınları nəticəsində təxminən 90 min kvadrat kilometr ərazi külə dönüb.
Xaricdən gələn 2 min 231 xarici xilasedicinin dəstəyi ilə söndürmə işləri davam edir. Kanada meşə yanğınları 160 milyon ton karbon emissiyasına səbəb olub. Bunun rekord səviyyə olduğu bildirilib.
Pərvanə Fərhadqızı












