Masallı gəncləri üçün “Məqsədlər” mövzusunda təlim keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində Karyera planlamasının üçüncü mərhələsi olan “Məqsədlər” mövzusunda təlim keçirilib.
Karyera məsləhətçisi, GİKM-nin Masallı nümayəndəliyinin əməkdaşı Orxan Əliyevin təqdimatında keçirilən təlim zamanı “Məqsəd nədir?”, “Arzu və məqsəd arasındakı fərqlər”, “Məqsəd=GPS”, “Məqsədə hazır olmaq üçün lazım olan resurslar”, “Məqsədə çatma alqoritmi”, “SMART məqsəd” mövzularında danışılıb.
Maraqlı keçən təlimdə bəhs edilən mövzular üzrə gənclərin sualları cavablandırılıb, həmçinin real həyatdan nümunələr gətirilərək məqsədlərinə çatmış şəxslərin hansı proseslərdən keçdikləri gənclərlə müzakirə edilib.
Qeyd edək ki, GİKM-in Masallı nümayəndəliyi tərəfindən təşkil olunan “Karyera planlaması” təlimləri mərhələli şəkildə davam edəcək.
Akif AĞAYEV












