16.03.2023-cü ildə Qlobal Pasient şəbəkəsi TB PEOPLE nin Azərbaycandakı rəsmi nümayəndəsi olan “Vərəmsiz Gələcəyə Doğru” İB şəbəkənin dəstəyi ilə Gəncə şəhərində “Vərəmin Təsirinə Məruz qalmış İnsanların hüquqları haqqında Bəyannamə” nin maarifləndirilməsi layihəsini icra edir. Tədbirə dövlət qurumlarından Gəncə şəhər İcra Hakimiyyəti Başçısının aparatı, Gəncə Səhiyyə İdarəsini, Yerli QHT ları,media nümayəndələri, Gəncə şəhərinin ftiziatrları və eləcə də vərəmin təsirinə məruz qalmış şəxslərdən bir qrup iştirak etmişlər.

Tədbir əvvəl bəyannamənin müddəaları və onlara şərhlərlə təqdimat formatında təşkilat əməkdaşlarının çıxışalrı ilə başlamış daha sonra isə diskusiya formatına keçərək davam etmişdir. Sonda vərəmdən zərər çəkmiş şəxslərin sualları cavablandırlımışdır.

Tədbirin təşkilinə dəstək üçün Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının aparatına, Gəncə Səhiyyə İdarəsinin rəhbərliyinə, “Gəncə Regional Nəzarət”İB nin kollektivinə, ”Autizmli pasientlərə dəstək”İB nə ayrı-ayrılıqda dərin minnətdarlığımızı bildirirk.