Ümumilikdə 12 qızıl əşyanın tapıldığı qeyd edilir.
QHT.az xəbər verir ki, arxeoloqlar Kiyev vilayətinin Bila Tserkva ərazisində müxtəlif artefaktlar aşkar ediblər. Alimlər həmçinin qədim rus və kazak dövrlərinə aid əşyalar tapıblar. Ukrayna Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutu xəzinənin 12 qızıl əşyadan ibarət olduğunu və Hetmanatın dövrünə aid olduğunu bildirib. Qızıl əşyaların ümumi çəkisi 28 qramdır.
Qeyd edək ki, tapıntıların mirvari muncuqlarla birlikdə kiçik keramika qabda gizlədildiyi qeyd edilir. Xəzinə XVII-XVIII əsrlərə aid mədəni təbəqələrdən tapılıb. Bu Ukrayna əhalisinin maddi mədəniyyətinin əhəmiyyətli inkişafını göstərir və kazak dövlətinin zərgərlik sənətinin yüksək səviyyəsini vurğulayır. Bütün əşyalar Ukrayna Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun Arxeologiya Muzeyinin fondlarına təhvil verilib.
Pərvanə Fərhadqızı












