YouTube bütün dünyada öz platformasında istifadəçilər arasında reklamların bloklanması ilə mübarizə təşəbbüsü irəli sürüb.
QHT.az xəbər verir ki, platforma istifadəçiləri reklamlara baxmağa və ya YouTube Premium-un pullu versiyasına yüksəlməyə təşviq etmək üçün "qlobal səylərə başlayıb". YouTube hələ iyun ayında reklam blokerləri olan istifadəçilər üçün videoları deaktiv etdiyini təsdiqlədi, lakin YouTube kommunikasiya meneceri Christopher Lawton bunu yalnız "kiçik qlobal təcrübə" adlandırıb. YouTube indi bu səyləri genişləndirdi və son bir neçə həftə ərzində quraşdırılmış reklam blokerləri olan daha çox istifadəçi platformada videolara baxa bilməyib.
YouTube reklam blokerlərindən istifadənin platformanın xidmət şərtlərini pozduğunu qeyd edib və əlavə edib ki, reklam məzmun yaradıcılarını dəstəkləyir və videoların milyonlarla istifadəçi ilə paylaşılmasına imkan verir.
Pərvanə Fərhadqızı












