Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda “Korrupsiyanın qadın və uşaq hüquqlarına təsiri” adlı tədbir keçirir.

QHT.az xəbər verir ki, tədbirdə Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə, cinayət, inzibatı və mülki-hüquqi məsuliyyət, Korrupsiya hüquqpozmaları və vəzifəli şəxs anlayışı, Dövlət qulluğunda etik davranış qaydaları, prinsipləri və onlara əməl edilməsi haqqında müzakirələr aparılır.

Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və İnformasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov,  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi, informasiya sistemlərinin tənzimlənməsi üzrə menecer Natiq Lahıcov, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev açılış nitqi ilə çıxış edirlər.

Daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Pirayə Səmədzadə (Əliyeva), Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Gunay Suleymanova,  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Arzu Zeynalabdiyeva çıxış edəcəklər. Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev Korrupsiya hüquqpozmaları və vəzifəli şəxs anlayışı və Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə, cinayət, inzibatı və mülki-hüquqi məsuliyyət mövzularında, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri  Zaur İbrahimli “Dövlət qulluğunda etik davranış qaydaları, prinsipləri və onlara əməl edilməsi” mövzusunda təqdimatla çıxış edəcək. İştirakçılar arasında müzakirələr aparılacaq.  

 

 

Pərvanə Fərhadqızı