Şirkət hesab edir ki, belə bir həll platformada spam və botların aktivliyini azaltmalıdır.

QHT.az xəbər verir ki, Amerikalı milyarder İlon Maskın X sosial şəbəkəsi, yəni keçmiş Twitter pullu olur, lakin hələlik dünyanın yalnız iki ölkəsində olacaq. Rəsmi X ödənişli versiya indi Yeni Zelandiya və Filippində yeni hesablar üçün sınaqdan keçirilir. 

Qeyd olunur ki, illik ödəniş 1 ABŞ dolları olsa da, qiymətlər ölkə və valyutaya görə dəyişir. “Not A Bot” adlanan yeni abunə istifadəçilərdən məzmun dərc etmək, bəyənmə, repost etmək, digər hesablardan yazılardan sitat gətirmək və yazıları işarələmək üçün ödəniş alacaq.

Şirkət qeyd edib ki, yeni proqram platforma ilə manipulyasiya etməyə və digər X istifadəçilərinin işini pozmağa çalışan botlardan və spamerlərdən qorunmağa yönəlib.

 

Pərvanə Fərhadqızı