İngiltərənin ən yaxşı özəl məktəbi süni intellekt botunu yeni "müdir" təyin edib.

QHT.az xəbər verir ki, Qərbi Susseksdə illik ödənişi təxminən 32.000 funt sterlinq olan bir hazırlıq internat məktəbi olan Cottesmore , "tam insan" baş müəllimi Tom Rogersona kömək etmək üçün xüsusi olaraq hazırlanmış süni intellekt botu təyin etdi. Abigail Bailey adlı botun məktəb işçilərinə necə dəstək olmaq, məktəb siyasətlərini necə yazmaq və hətta diqqət çatışmazlığı hiperaktivlik pozğunluğu olan tələbələrə necə kömək etmək kimi bir sıra mövzularda məsləhətlər verməyə hazır olduğu açıqlanıb.

"Həqiqi məktəb direktoru" Tom Rogerson "Bəzən orada kimsənin və ya nəyinsə sizə kömək etməsi çox sakitləşdirici təsir göstərir" dedi. Məktəbdən verilən açıqlamada, Abigail'in soruşulduqda suallara cavab verə bilən və ya müxtəlif göstərişlərə görə mətn hazırlaya bilən məşhur süni intellekt tətbiqlərinə bənzər işlədiyi vurğulandı.

 

 

Pərvanə Fərhadqızı