Autizmli jurnalistlərlə görüşən Fransa prezidenti Emmanuel Makron eşq həyatından sərvətinə qədər diqqətçəkən açıqlamalar verib. Fransa lideri "Prezident örnək olmalı, müəllimi ilə evlənməməlidir" kimi tənqidlərə "Nümunə olub-olmamaq məsələsi deyil. Aşiq olanda seçim sənin deyil" sözləri ilə cavab verib.
QHT.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron autizmli jurnalistlərin məşhur insanlardan müsahibə götürdüyü “Les Rencontres du Papotin” proqramında iştirak edib.
Fransa lideri "France 2" kanalında yayımlanan proqramda cəsarətli suallarla qarşılaşarkən, eşq həyatından mal varlığına qədər diqqət çəkən açıqlamalar verib.
Əlindəki kağızdan jurnalistlərin verdiyi sualları oxuyan Makron, Adrien adlı jurnalistin özü haqqında yazdığı şərhi ucadan oxudu:
“Prezident nümunə göstərməli, müəllimi ilə evlənməməlidir”
Makron müəlliminə olan sevgisini belə müdafiə edib: Aşiq olanda seçim sənin deyil
"O, əslində mənim müəllimim deyildi, sadəcə teatr müəllimim idi. Bu, tamamilə eyni şey deyil" deyə Makron öz-özünə gülərək davam etdi.
"Sevginin əsas prinsipi hər şeyi mümkün etməsidir. Aşiq olduğun insanın səninlə eyni yaşda olması yazılı qayda deyil. Bu, səndən qat-qat güclü və səni aşan bir şeydir."












