Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari çinli həmkarı China Gang ilə telefon danışığında qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edib.
QHT.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Zərdari Çinin xarici işlər naziri Çin Qanqla telefon danışığı aparıb.
Görüş zamanı hər iki nazir qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edib və iki ölkə arasında strateji əməkdaşlığı inkişaf etdirmək əzmində olduqlarını bir daha vurğulayıblar.
Pakistan və Çinin hər şəraitdə tərəfdaş olduğunu və dostluğunun zamanla sübuta yetirildiyini bildirən Zərdari iki ölkə arasında uzunmüddətli qarşılıqlı əməkdaşlığı vurğuladı.
Zərdari Cenevrədə davam edən “İqlimə davamlı Pakistan üzrə Beynəlxalq Konfrans”da fəal iştirakına və dəstəyinə görə Çinə təşəkkür edib.












