Roberto Mançini İtaliya millisinin baş məşqçisi vəzifəsindən istefa verib.

QHT.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının saytında məlumat verilib. Yaxın günlərdə yeni baş məşqçinin adını açıqlanacaq.

Qeyd edək ki, Mançini 2018-ci ildən İtaliya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2020-ci ildə Avropa çempionu olub və iki dəfə UEFA Millətlər Liqasının gümüş medallarını qazanıb. Lakin 2017-2018-ci illərdə Mançini "Zenit" də çalışıb. Onun rəhbərliyi altında komanda Rusiya çempionatının ilk üç qalibi sırasına düşə bilməyib.

 

Pərvanə Fərhadqızı