22 iyulda Masallı şəhərində Heydər Əliyev Parkında satış sərgisi keçiriləcək

UNDP/Azərbaycandan verilən məlumata görə, satış sərgisinin əsas məqsədi layihə çərçivəsində yaradılmasına kömək etdiyimiz bizneslərin inkişafına dəstəkdir. Sərgidə müxtəlif rayonlardan olan qadın sahibkarlar öz məhsul və əl işlərini təqdim edəcəklər.

Qeyd edək ki, sərgi saat 17:00-da başlayacaq. Sərgidə iştirak edənlər, ucqar ərazilərdə fəaliyyət göstərən qadın sahibkarlarımıza dəstək olacaq.

 

Pərvanə Fərhadqızı