19 oktyabr 2023-cü il tarixində Şabran rayonunun ən ucqar kəndi Dağbilicidə Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi “Mərkəzdən ucqarlara-məişət zorakılığı, erkən nigahlar və potensial insan alveri qurbanları barəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində növbəti tədbirini keçirib. 

Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilir.

Qeyd edək ki, tədbir qarşılıqlı dialoq və müzakirələr şəklində keçirilib.

 

Pərvanə Fərhadqızı