Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı məktəb yaşlı sığınacaq axtaran, qaçqın və məcburi köçkün uşaqların şəxsi inkişaf kurslarında pulsuz iştirak etməsi ilə bağlı Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə razılaşma əldə edib.
QHT.az xəbər verir ki, Kurslara rəssamlıq, keramika, heykəltəraşlıq, 3D modelləşdirmə və qrafik dizayn, xalçaçılıq, dülgərlik, şüşə rəssamlığı, şahmat, gimnastika, akrobatika, taekvondo, yoqa, müxtəlif elm və tədris sahələri üzrə fənlər, o cümlədən, ekologiya, astronomiya, ingilis dili, rus dili, riyaziyyat, robototexnika, rəqs, musiqi, fortepiano, skripka, tar və nagara kimi milli musiqi alətləri, fotoqrafiya, animasiya və digər sahələr daxildir.
Pərvanə Fərhadqızı












