“Bizim Mərkəzi Bankla olan son 1 ildəki əməkdaşlığımız bu sahədə çox dönüş yaratdı. Burada nəzərə almaq lazımdır ki, Mediasiya Şurası yeni formalaşdırılan mediatrların bu sahədə bilik və bacarıqlarının artırılması və qanunun tələbinə görə hüquqşünas olmayan şəxslər də mediatr olur. Onların kommersiya mübahisələrinə baxan zaman müxtəlif sualları meydana çıxıb, bilik və bacarıqlarının artırılmasına zərurət olub”.
QHT.az xəbər verir ki, bu sözləri Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Əliyev “Bank mübahisələrinin uğurlu həlli yolları" adlı konfransda çıxışı zamanı bildirib. O, qeyd edib ki, bu sahədə Mərkəzi Bankın iştirakı ilə 40-dan çox təlim həyata keçirilib, 30 –dan çox maliyyə bazarı iştirakçıları ilə görüşlərin olduğunu da vurğulayıb: “Görüşlərdə həm sektorun problemləri, həm mediasiya ilə həll olunası məsələlərini geniş müzakirə etmişik. İstehlakçı mübahisələri yarandığı zaman bütün mediasiya ofislərimizə və mediatrların ofislərinə avtomatlaşdırılmış şəkildə QR Kodlar vasitəsilə istehlakçıdan olan müraciətlər ümumiləşdirilir, problemlər öyrənilir və bu problemlərin həllinə çalışırıq”.
Nadir Adilov həmçinin qeyd edib ki, bir il, il yarım bundan əvvəl bu cür müzakirə etmək ağır idi: “Bu gün biz barışıq sazişinin məzmununu müzakirə edirik. Mərkəzi Bankın, bank mübahisələrinin mediasiya yolu ilə uğurlu həllində istehlakçıya, vətəndaşa yaratdığı gözəl bir şəraitdir”.
Pərvanə Fərhadqızı












