Məsuliyyətli atalığın təşviqi məqsədilə, Gənc Liderlərin Təlim və İnkişaf İctimai Birliyi "Papa Məktəbləri-Atalıq Hazırlığı Mərkəzi" təşəbbüsünə start verib.

QHT.az xəbər veir ki, bu proqram kişilərə aktiv, qayğıkeş və məsuliyyətli ata olma yolunda dəstək vermək üçün nəzərdə tutulub. Seminarlar, məsləhət seansları və həmyaşıd dəstək qrupları vasitəsilə Papa Məktəbləri, ataları uşaqlarının həyatında fəal iştirak etmələri üçün lazım olan bilik və bacarıqlarla təmin etməyi hədəfləyir.

YLETDU, müsbət atalığın təşviqinin güclü ailələrin qurulması və uşaqların sağlam inkişafının təmin edilməsi üçün vacib olduğunu düşünür.