Ali təhsil müəssisələrinə qəbul imtahanlarının vaxtı yaxınlaşdıqca abituriyent və məzunları narahat edən məsələlər də artır.
Dövlət İmtahan Mərkəzinə ən çox ünvanlanan suallar həm də subbakalvr təhsili almış kollec məzunları ilə bağlıdır. Bildiyimiz kimi, kollec məzunları plan yerləri ayrıldığı halda uyğun ixtisaslar üzrə universitetlərə imtahansız da qəbul oluna bilərlər.
Üstəlik, subbakalavarlar həm də cari ilin məzunları ilə yanaşı həm buraxılış, həm də blok imtahanlarında iştirak edib, tələbə adını qazana bilərlər.
Amma hər iki variant üçün ortaya iki əsas sual çıxır:
-Buraxılış və blok imtahanlarında iştirak etmək istəyən subbakalavrlar qeydiyyatdan nə zaman keçəcəklər?
-Universitetlərə uyğun ixtisas üzrə imtahansız qəbul olunmaq istəyən subbakalavrların qeydiyyatı nə zaman həyata keçiriləcək?
Moderator.az Dövlət İmtahan Mərkəzinə istinadən minlərlə kollec məzununu narahat edən hər iki suala aydınlıq gətirib.
Birinci sualla bağlı məsələ çox sadədir. Hər il olduğu kimi bu il də subbakalavr buraxılış və blok imtahanında iştirak etmək istədikdə mart ayında qeydiyyatdan keçə bilər.
İkinci məsələyə gəldikdə isə burada subbakalavrlara daha bir vacib məlumatı verə bilərik. Onlar yay aylarında qeydiyyatdan keçərək (əsasən iyul ayında) müsabiqədə iştirak şansı qazanacaqlar. Ayrılan plan yerlərinin sayı və təhsil formasından asılı olaraq həmin subbakalvrlar qiyabi formada da təhsil ala bilərlər.
moderator.az












