3 iyul- Azərbaycanın Milli Qəhrəmanı, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Asif Yusif oğlu Məhərrəmovun xatirə günüdür.

QHT.az xəbər verir ki, Asif bəy Ağdamda çoxuşaqlı ailədə doğulub. Bütün işıqlı həyatını haqq-ədalətin bərpası yolunda həsr edib. 1988-ci ilin fevral ayında Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başlayanda vətənpərvər oğullar kimi Fred Asif də silaha sarılıb. Üstəlik, digər qardaşları da ona qoşulub. Fred Asif siyasi oyunlara qoşulmayan bir insan idi. 1994-cü il iyulun 1-də şəhid olub, 2 gün sonra Bakıda - II Fəxri xiyabanda dəfn edilib.

Asif Yusif oğlu Məhərrəmov (Fred Asif) sağlığında ikən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, lakin MQ vəsiqəsi və medal ölümündən sonra anasına təqdim edilib.

Azər adında yeganə oğlu var. Azər Qol güləşi üzrə dəfələrlə Dünya və Avropa çempionu, həmçinin, Respublika birincisi və bir çox beynəlxalq yarışların qalibidir.

Ruhu şad, məkanı cənnət olsun!

 

Pərvanə Fərhadqızı