"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi “Mina qurbanları üçün iqtisadi imkanların yaradılması- Faza 2” adlı layihənin icrasının sona çatması ilə əlaqədar bu layihədən birbaşa faydalanmış mina qurbanlarının iştirakı ilə mətbuat konfransı təşkil edəcək.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov QHT.az-a bildirib ki, layihə Koreya Respublikası hökümətinin “İnsan Təhlükəsizliyinin Artırılması” Beynəlxalq İnam Fondunun vasitəsilə göstərdiyi maliyyə dəstəyi ilə həyata keçirilir: "Bu layihənin məqsədi Azərbaycanın minalardan zərər çəkmiş Füzuli, Ağdam, Ağcabədi, Tər-tər və Tovuz rayonlarında yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasını dəstəkləmək üçün alətlər təqdim etməklə kiçik biznesin yaradılması mexanizminə maddi vəsaiti təmin etməkdən ibarətdir. 28 iyul tarixində keçiriləcək mətbuat konfransında bu layihədən birbaşa faydalanmış mina qurbanları öz həyat hekayələrini danışacaq və bu layihədə iştirak etmələri barədə məlumat verəcəklər”.
Pərvanə Fərhadqızı












