Fevralın 13-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş “Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, bir sıra xarici ölkələrin Ali Məhkəmə sədrlərindən ibarət nümayəndə heyətləri, vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri  və digər şəxslər iştirak edirlər.

Tədbirin sonunda Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni məhkmə hüquq sisteminin inkişafında göstərdiyi xidmətlərinə görə Ali Məhkəmənin sədri Ramiz Rzayevə plaket təqdim edib.